...

İsveçrə şirkəti Azərbaycanın kiçik şəhərlərinin su təchizatı və kanalizasiya sistemi layihəsi üzrə məsləhət xidmətlərinin göstərilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel/ Trend , müxbir İ.Xəlilova/ Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin bərpa edilməsi layihəsi üzrə Alman İnkişaf Bankı KfW-in məsləhətçisi İsveçrənin Colenco şirkəti layihə sənədləşdirməsinin hazırlanmasına başlayıb. Bu barədə çərşənbə axşamı KfW-in Bakı ofisinin rəhbəri Natiq Abdullayev məlumat verib.

O hesab edir ki, podratçıların seçilməsi üzrə ilk tenderlər və işlərin bu il başlayacağı gözlənilir.

Tenderin texniki şərtlərinin hazırlanmasından başqa, məsləhətçinin vəzifələrinə Gəncə və Şəki su şəbəkələrinin institusional təkmilləşdirilməsi daxildir. KfW nümayəndəsi hesab edir ki, su şəbəkələrinin strukturunun təkmilləşdirilməsi üzrə tədbirlər və tikinti işləri paralel aparılacaq.

Layihə Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin keyfiyyətinin etibarlılığının yaxşılaşdırılmasını nəzərdə tutur. Layihənin büdcəsi 55 mln. avrodur. 2006-cı ilin oktyabrında Berndə imzalanmış sazişlərə əsasən, layihənin reallaşdırılması üçün KfW 37 mln avro, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (Seco) isə qrant formasında 10 mln. avro ayıracaq. Azərbaycan hökumətinin layihədə payı 8 mln. avro təşkil edəcək.

Layihə Gəncə və Şəki şəhərlərində yerli əhalinin həyat şəraitlərinin yaxşılaşmasına əhəmiyyətli dərəcdə təsir edəcək.

Azərbaycan Milli Bankının aprelin 29-na olan rəsmi məzənnəsi 0,8288 AZN/USD təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti