...

Azərbaycan Dövlət Gömrük Komitəsi birinci rüb üzrə MDB ilə mal dövriyyəsinin həcmlərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend / Birinci rübdə Azərbaycana MBD ölkələrindən $446 414,7 min ton məbləğində mal idxal olunub ki, bu, ölkənin ümumi idxalının 33,01 faizini təşkil edir. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

MDB-dən Azərbaycana mineral yanacaq, dənli bitkilər, avadanlıq, mexaniki qurğular, qara metallurgiya məmulatları gətirilib.

Azərbaycan mallarının MDB ölkələrinə ixracı üzrə məbləğ isə $308 440,3 min təşkil edib (ümumi ixracın 19,98 faizi).

MDB ölkələrinə əsasən şəkər, şəkərdən hazırlanmış qənnadı məmulatları, neft məhsulları, kimya maddələri, heyvan və bitki yağları, pambıq, tərəvəz və meyvələr ixrac olunub.

MDB ölkələri ilə ixrac-idxal əməliyyatları nəticəsində $137 974,4 min həcmində mənfi "saldo" yaranıb.

Xəbər lenti

Xəbər lenti