...

Bakıda mart ayında qeyri-yaşayış obyektlərinin qiyməti artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2008 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / " müxbir U.İsmayılova/ Mart ayında Bakıda qeyri-yaşayış obyektlərinin bir kvadrat metrinin qiyməti fevral ayına nisbətdə 11,1 faiz artaraq 3417 dollara çatıb. Bu barədə çərşənbə günü "Əmlak bazarı iştirakçıları" İctimai Birliyindən məlumat verilib.

Mart ayında şəhərin bütün zonaları üzrə qeyri-yaşayış obyektlərinin satış qiymətləri fevrala nisbətdə 3,9 faiz, icarə qiymətləri isə 4,1 faiz artıb.

Fevral ayına nisbətdə qeyri-yaşayış obyektlərinin alqı-satqısına dair bağlanan müqavilələrin sayı 2,1 faiz azalıb.

Cədvəldə qeyri-yaşayış obyektlərinin yerləşdiyi yerdən asılı olaraq orta qiymətlər göstərilib:

Obyektin mövcud olduğu ərazi Hər kvadrat metrə görə orta qiymət dollarla
"Olimp" mağazasının yanı 4536
H.Cavid pr 6235
Təbriz küçəsi 3276
Xalqlar Dostluğu m. 1433
Xaqani küçəsi 7570
Nəsimi bazarının yanı 4508
Azadlıq pr. 5026
Gənclik m. 4145
Memar Əcəmi m. 3023
"Landmark" biznes-mərkəzi 6345

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti