...

Azərbaycanın ərzaq təhlükəsizliyi üçün strateji proqram hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2008 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanda strateji ərzaq proqramı hazırlanacaq. Bu barədə çərşənbə günü Azərbaycan Milli Bankı idarə heyətinin sədri Elman Rüstəmov, iqtisadi siyasət üzrə parlament komissiyasının iclasında məlumat verib.

Onun sözlərinə görə, dünya prosesləri ilə bağlı olaraq Azərbaycanda ərzaq təhlükəsizliyinə diqqət artırılmalıdır. Beynəlxalq analitiklərin araşdırmlarına görə, ehtiyatlara malik ölkələr özlərinin investisiya və iqtisadi siyasətlərində ərzaq probleminə diqqəti artırmalıdırlar.

"Bu günlərdə ölkə prezidentinin bu məsələyə dair ciddi reaksiyası gözlənilir ki, bu da strateji ərzaq proqramının hazırlanmasının başlanğıcını qoyacaq, - Rüstəmov bildirib. 2007-ci ildə sosial-iqtisadi inkişafın yekunları üzrə müşavirədə ilk dəfə olaraq, dövlət başçısı özü ərzaq təhlükəsizliyi məsələsini qaldırıb".

Rüstəmov hesab edir ki, bu proqram üçün dövlət büdcəsində əvvəlcədən vəsait ehtiyatı yaratmaq lazımdır. Birinci növbədə aqrosənaye kompleksinin bütün sahələrinin dəstəklənməsi məqsədilə. Bunun üçün, dövlət, investisiyaları artırılmalı və bu yaxın 5-10 ildə permanent kurs olmalıdır.

"Bizim pulumuz ola bilər. Lakin ölkə ərzaq çatışmazlığı yaşaya bilər, - Rüstəmov söyləyib. Ərzaq proqramının yaradılmasının məqsədi bir sıra ərzaq malları ilə təminatda böhranlı səviyyəyə çatmaq problemlərindən qaçmaqdır".

O, bununla əlaqədar olaraq, ayrılan subsidiyaların mexanizminin (istiqaməti, həcmi və strukturu) dəyişməsini nəzərə almaqla, arqar sektorun maliyyələşdirilməsi üçün dövlət investisiyaları ilə yanaşı əlavə vəsaitləri də nəzərdə tutumağı təklif edir. Digər tərəfdən real sektorun, fermerlərin müdafiəsi tələb olunur və Milli Bank bununla əlaqədar hökumətə kənd təsərrüfatına kreditlərin ayrılması üzrə təkliflər təqdim etməyə hazırlaşır. AMB fermerlərin dövlət tərəfindən pul buraxılmış kreditlər vasitəsilə dəstəklənməsini təklif edir ki, bu da kredit kooperativlərinin, ixtisaslaşmış kənd yerlərinin inkişafı bankının, fermerlər üçün bankın və s. yaradılmasını vasitəsilə mümkündür.

"Ərzaq təhlükəsizliyi strategiyasının tətbiqi çərçivəsində biz müxtəlif layihələr üzərində işləyirik, - AMB rəhbəri bildirib. Bu proqram çox ciddidir və buna görə də, onun qısa müddətə reallaşdırılması tələb olunur".

O, bununla əlaqədar olaraq, prezidentin 2008-ci il üçün ehtiyat Fondundan müəyyən vəsaitlərin ayrılmasını təklif edir ki, bu da proqramın reallaşdırılmasına başlanılması ilə onun ehtiyatlara olan təlabatını təmin etməyə imkan verəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti