...

Azərbaycanda infrastruktur layihələrinin reallaşdırılma dövrü azaldılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2008 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti ölkənin istehsal və sosial infrastrukturunun adekvat səviyyəyədək çatdırılması müddətini azaltmaq niyyətindədir. Bu barədə çərşənbə günü Azərbaycan Milli Bankı idarə heyətinin sədri Elman Rüstəmov, iqtisadi siyasət üzrə parlament komissiyasının iclasında məlumat verib.

"Dövlətin əsas kursu neftin qiymətinin artması və ehtiyat bazasının genişlənməsi ilə bağlı ölkə üçün yaranmış məqbul vəziyyətdən istifadə edərək bu tədbirlərin ən qısa müddətdə həyata keçirilməsidir", - Rüstəmov qeyd edib.

Ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması məqsədilə qeyri-neft iqtisadiyyatının inkişafının dəstəklənməsi üçün, güclü sosial-iqtisadi infrastruktura malik olmaq lazımdır. Bununla yanaşı, qiymətlərin artması və layihələrin reallaşdırılması ilə bağlı olaraq işlərin genişlənməsi ilə, investisiya inflyasiyası artır.

"Bu gün Azərbaycanda investisiya inflyasiyası artım templərinə görə istehlak inflyasiyasını ötür, - AMB rəhbəri bildirib. Bu, layihələrin reallaşdırılmasının bir neçə il ərzində davam etməsilə bağlıdır. Hökumət, indeksasiya zərurətinə görə, bu layihələrin vaxtında icra edilməsi və istismara verilməsi üçün əlavə vəsaitlər ayırır".

Yüksək inkişaf templəri ilə bağlı olan iqtisadiyyatın qızması və dünya prosesləri nəticəsində inflyasiya idxalı sosial müdafiə üzrə tədbirlərin - minimum əmək haqqının, pensiyaların artırılmasını, ünvanlı yardım mexanizminin genişlənməsi tədbirlərinin həyata keçirilməsini qaçılmaz edir. Rüstəmovun sözlərinə görə, bu əhalinin həyat səviyyəsinin aşağı düşməsinə imkan verməyəcək.

"Bütün bu tədbirlər 2008-ci il üçün dövlət büdcəsinə dəyişikliklərdə - sosial müdafiənin, müdafiə potensialının gücləndirilməsi, infrastruktur layihələrinin vaxtında reallaşdırılması üçün investisiya fəallığının artırılması istiqamətində dəyişikliklərdə öz əksini tapıb", - Milli Bankın rəhbəri bildirib.

Ölkə iqtisadiyyatında makroiqtisadi və sikkə nəticələrinin öyrənilməsi üçün hazırda Maliyyə, İqtisadi İnkişaf Nazirlikləri, AMB və Dövlət Neft Fondunun nümayəndələrinin iştirakı ilə yaradılmış Koordinasiya komitəsi ilə iş aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti