...

Azərbaycanda qanunsuz tikililərin əksəriyyəti mənzil fonduna aiddir – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust/ Trend , müxbir A.Bədəlova/ Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Dünya Bankının vəsaitləri hesabına reallaşdırdığı layihə çərçivəsində, qanunsuz tikililərin sayını və ərazilərini müəyyən etmək nəzərdə tutulur. Bu barədə cümə günü Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov məlumat verib.

Bu layihə başa çatdıqdan sonra tikililərin taleyi ilə bağlı qərar qəbul ediləcək.

"Azərbaycan qanunsuz tikililərin sayına görə daşınmaz əmlak sahəsi xüsusi yer tutur", - o bildirib. Qaraşovun sözlərinə görə, bu tikililərin əksəriyyəti mənzil fonduna aiddir.

2007- ci ilin iyulunda Azərbaycan hökuməti və Dünya Bankı (DB) daşınmaz əmlakın vahid kadastrı sisteminin birgə aparılması barədə saziş imzalayıblar.

Layihə dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə edilməsi və reyestri; baza xəritəçəkmə və torpaq kadastrı; treninqlər, layihənin siyasəti və idarə edilməsinin formalaşdırılması. Layihənin dəyəri 38,57 mln. dollar təşkil edir ki, bunun da 30 mln. dolları DB-nin kreditinin payına düşür. Kredit ehtiyatları, 5 il güzəştli dövr olmaqla, 20 il müddətinə ayrılıb.

"Bu layihənin komponentlərindən biri ölkədəki qanunsuz tikililərin sayının və ərazilərinin müəyyən edilməsidir", - Qaraşov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti