Azərbaycan, Bakı, 23 oktyabr/ Trend /Ənzəli azad ticarət zonasının rəhbəri Kamal Firuzabadi bildirib ki, zonada yeni "Kaspian" limanı tikilir, - İranın IRIBNEWS informasiya agentliyi xəbər verir.
Firuzabadinin sözlərinə görə, liman 22 yanalma körpüsündən ibrət olacaq. İllik aşırma gücü 11 mln. ton olacaq liman 4 trilyon riala (təxminən 4 mlrd. dollar) başa gələcək və 351 ha ərazidə tikiləcək.
Bu limanın konstruksiyasında yükqaldırma gücü 12 min ton olan quru yük daşıyan gəmilərin və dedveyti 20 min tonadək olan tankerlərin sahilə yan alması imkanı nəzərə alınıb, - Firuzabadi əlavə edib.
"Ənzəlidə ən iri limanın tikintisi Xəzəryanı dövlətlər arasında ticari - iqtisadi münasibətlərin genişlənməsində böyük rol oynayacaq", - o vurğulayıb.