Azərbaycan, Bakı, 01 dekabr/ TrendCapita l/ Unibank əmanətçilərinə yeni stimullaşdırıcı aksiyanı - "Hər kəsə hədiyyə"-ni təqdim edib. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında bildirilir. İndi Bankın, dekabrın 1-dən fevralın 15- dək "Müddətli" depozitə pul qoymuş bütün müştəriləri bankdan 10 AZN - dən 1000 AZN-dək məbləğdə dəyəri olan hədiyyələr ala biləcək.
"Müştərilərə artıq lotereyanın növbəti tirajını gözləmək və bəxtə ümid etmək lazım gəlməyəcək - bank hədiyyəni depozit rəsmiləşdiriləndən dərhal sonra təqdim edəcək. Bundan əlavə, aksiyanın bütün iştirakçıları avtomatik olaraq "Brilyant depozit" lotereya aksiyasının iştirakçılarına çevriləcəklər", - deyə məlumatda bildirilir.
Depozitə:
- 1000 AZN - dən 3999 AZN - ə qədər məbləğdə pul qoyan müştərilər bankdan mobil telefon üçün 10, 20 və 30 manat məbləğində (əmanətin məbləğindən asılı olaraq) kontur kartları əldə edəcəklər;
- 4000 - 99 999 AZN məbləğində pul qoyan müştərilər əmanətinin hər min manatının 1%- i məbləğində, "Sabina" parfümeriya mağazası, BEKO məişət texnikası mağazaları şəbəkəsi, Mobitel konseptual mağazası, Camel Active, GEOX, Allure, Salamander, Baldinini, Parad geyim və ayaqqabı mağazalarından - aksiyanın tərəf-müqabillərindən hədiyyə kuponu əldə edəcəklər.
Banka 100 000 AZN və daha artıq məbləğdə depozit qoymuş müştərilər, hədiyyə olaraq, Fərdi Dizaynlı Visa Classic plastik kartını və kartda 1000 AZN-lik məbləği hədiyyə alacaqlar.
Əmanətçilər vəsaitlərini "Müddətli"əmanət ilə aşağıda göstərilən faiz dərəcələri üzrə yerləşdirə bilərlər:
Depozitin müddəti | Hesablanmış faizlər | |||||||||||
Faizlərin ayda 1 dəfə alınması | Faizlərin yarım ildə 1 dəfə alınması | Faizlərin ildə 1 dəfə alınması | Faizlərin depozitin müddətinin sonunda alınması | |||||||||
AZN | USD | EUR | AZN | USD | EUR | AZN | USD | EUR | AZN | USD | EUR | |
6 ay | 12% | 13% | - | - | - | - | - | - | - | 12,3% | 13,3% | - |
12 ay | 13,5% | 14,5% | 9% | 14% | 15,5% | 9,2% | - | - | - | 14,2% | 16% | 9,4% |
18 ay | 14% | 15% | 9% | 14,6% | 15,6% | 9,2% | - | - | - | 15,3% | 16,5% | 9,6% |
24 ay | 14,5% | 15,5% | 9% | 15,2% | 16,2% | 9,2% | 15,4% | 16,5% | 9,4% | 16,4% | 18,7% | 9,8% |
"Hər kəsə hədiyyə" aksiyası çərçivəsində, "Müddətli" depozitə vəsait qoymuş bütün müştərilər avtomatik olaraq "Brilyant depozit" lotereya aksiyasının iştirakçılarına çevrilirlər və hər ay 3 brilyant udmaq şansı əldə edirlər. Depozitdə olan hər 1000 manat, ABŞ dolları və ya Avro - "Brilyant depozit"də qələbəyə 1 şans deməkdir. Əmanətin məbləği nə qədər çox olarsa, brilyantları udmaq şansı da bir o qədər böyük olar.
Dekabrın 1-nə olan rəsmi məzənnə 0,8088 AZN/USD təşkil edir.
Məqalə müəlifi ilə əlaqə ünvanı [email protected]