...

Naxçıvan MR-ə yatırılan sərmayələrin 90%-i tikinti sektorunun payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2008 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir S.Babayeva/2008 - ci ilin yanvar- oktyabrı ərzində Naxçıvan Muxtar Respublikasına (NMR) təxminən 246 mln. manat sərmayə yatırılıb və bu, 2007-ci ilin analoji dövrü ilə müqayisədə 42,8 faiz çoxdur, - NMR-in Bakıdakı daimi nümayəndəliyindən bazar ertəsi bildiriblər.

Doqquz ay ərzində tikinti şirkətləri NMR-də 221,2 mln. manatlıq iş görüblər ki, bu da 2007-ci ilin eyni göstəricisindən 56,1 faiz çoxdur. Naxçıvan MR-ə yatırılan sərmayələrin 90%-i tikinti sektorunun payına düşür.

Bu sərmayələrdən 147 mln. manat yeni tikililərdə işlərin yerinə yetirilməsi, 37 mln. manat əsaslı təmir, 9,7 mln. manat cari təmir, 7,8 mln. manat digər tikinti işlərinin payına düşüb.

Dekabrın 1-nə olan cari mübadilə məzənnəsi -- 0,8088 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti