...

Gürcüstanın Poti limanı tranzit daşınmalarının həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2008 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir E.İsmayılov/ Yanvar-sentyabrda Gürcüstanın Poti Qara dəniz limanından tranzit yüklərin həcmi 2007- ci ilin analoji dövründəki 3,16 m ln. tona qarşı 3,3 mln. ton təşkil edib.

Doqquz ay ərzində terminaldan aşırılmış yüklərin ümumi həcmi 6,03 mln. ton təşkil edib.

Daşınmaların ümumi həcmindən idxalın payına 1,84 mln. tondan çox düşüb. 2007- ci ildə bu göstərici1,71 mln. ton olub.

Yanvar - sentyabrda həyata keçirilən ixrac əməliyyatları ötən ilin analoji dövründəki təxminən 921 min tona qarşı 891 min ton təşkil edib.

Doqquz ay ərzində terminaldan ən çox Azərbaycan üçün nəzərdə tutulmuş mallar aşırılıb - 26,8 faiz. Gürcüstan üçün bu göstərici 14,77 faiz təşkil edib.

Terminaldan aşırılmış Azərbaycan mallarının xüsusi çəkisi 5,1 faiz, Türkiyə - 21,16 faiz, Gürcüstan - 30,5 faiz, Ukrayna - 8,06 faiz, İtaliya - 6,53 faiz, Rusiya - 5,03 faiz, Yunanıstan - 2,56 faiz, Rumıniya - 2,72 faiz, Bolqarıstan - 2,86 faiz təşkil edib.

Potidə 16 terminal var və onlardan yalnız ikisinə neft və neft məhsullarının aşırılması həyata keçirilir, - limanın rəsmi İnternet - saytında bildirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti