...

Azərbaycan parlamenti Mənzil Məcəlləsini ilk oxunuşda qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2008 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbirlər Ü.İsmayılova, İ.Əlizadə/ Azərbaycan parlamenti "Mənzil Məcəlləsi haqqında" Qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət qulluğu daimi komissiyası tərəfindən təklif edilib.

Qanun layihəsinə əsasən, binada qəza faktı aşkar edilərsə, onun təmiri ilə sakinlərin özləri məşğul olmalıdırlar. Sakinlər razılıq vermədikləri halda, məhkəmə orqanlarına müraciət etmək hüququna malikdirlər. "Sakinlər qəza vəziyyətində olan mənzillər və ya binaların təmirindən imtina etdikləri halda, obyekt dövlətin balansına keçir", - Qanun layihəsində təklif edilir.

Yaşayış obyekti hər hansı bir hadisə nəticəsində qəzalı olubsa, onun təmiri müvafiq icra orqanlarının müəyyən etdiyi kompensasiya əsasında aparılır. "Təmir və ya binanın yenilənməsi mümkün deyilsə, o, dövlətin balansına keçir", - Qanun layihəsində bildirilir.

Qanun layihəsi həmçinin ömürlük himayədarlıqla mülkiyyət hüququnu da təsdiq edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti