...

Naxçıvan MR - də yük və sərnişin daşınmalarının həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2008 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / TrendCapita l, müxbir S.Babayeva/Naxçıvan Muxtar Respublikasında yanvar - oktyabrda nəqliyyat müəssisələri və fiziki şəxslər yeddi mln. ton yük və 43,3 mln. sərnişin daşıyıblar, - NMR-in Bakıdakı daimi nümayəndəliyindən bildiriblər. 2007- ci ilin doqquz ayı ilə müqayisədə, yükdaşımaların həcmi səkkiz, sərnişin daşınmalarının həcmi 7,9 faiz artıb.

Hər iki istiqamətdə xidmətlərdən ümumilikdə 24,4 mln. manat gəlir əldə olunub ki, bu, ötən ilin yanvar -oktyabrından 14,3 faiz çoxdur.

Yükdaşımaların 99,8 (6,9 mln. ton) və sərnişin daşınmalarının 95,8 faizi (41,4 mln. nəfər), eyni zamanda

ümumi gəlirlərin 80,3 faizi (19,3 mln. manat) özəl sektor müəssisələrinin payına üşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar - oktyabrda Azərbaycanda bütün nəqliyyat sektorunda 149,7 mln. ton müxtəlif yük daşınıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayiəsədə 10,4 faiz çoxdur. Sərnişin nəqliyyatında doqquz ay ərzində 1 mlrd. nəfər daşınıb. Bu göstərici 2007-ci ilin müvafiq dövründən 7,9 faiz çoxdur.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti