...

Azərbaycanın Azerdemiryolbank-ı 2008 - ci ilin sonunadək AYİB-in kredit xəttindən növbəti tranşı gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2008 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycanın Azerdemiryolbank-ı Avropa Yenidənqurma və İnkişaf Bankından 2008-ci ilin mayında təsdiq edilmiş 14 mln. dollarlıq kredit xəttinin 4,45 mln. dollar həcmində növbəti tranşını alıb", - bankın İdarə Heyəti sədrinin birinci müavini Mərdan Şıxəliyev cümə günü bildirib.

Vəsaitlərin böyük bir hissəsi (üç mln. dollar) ticarət maliyyələşdirməsinə, 1 mln. dollar mikro və kiçik müəssisələrin maliyyələşdirilməsinə, 0,45 mln. dollar kiçik və orta müəssisələrin təkrar kreditləşdirilməsinə alınıb.

"Dekabrın sonunadək AYİB-dən daha 4 mln. dollar alınacaq", - bankın İdarə Heyəti sədrinin müavini qeyd edib.

Avropa Bankının Azerdemiryolbank üçün kredit xəttinin ümumi məbləği 14 mln. dollar təşkil edir. Ümumilikdə AYİB- in Azərbaycan bankının maliyyələşdirilməsi üzə portfeli 37-38 mln. dollara çatır.

Beynəlxalq Maliyyə Korporasiyasının 5 mln. dollarlıq kredit xətti nəzərə alınmaqla, Azerdemiryolbank-ın cəlb etdiyi vəsaitlərin ümumi həcmi 90 mln. manatı ötür. Yaxın iki ayda BMK ilə daha 10 mln. dollar ayrılması barədə müqavilə imzalanacaq.

Bu gün Azerdemiryolbank-ın kredit portfelinin ümumi həcmi 166 mln. manat təşkil edir. Məcmu kapitalı 34 mln. manata çatır, o cümlədən də 13,4 mln. manat Nizamnamə kapitalının payına düşür. Bu il bankın Nizamnamə kapitalının artırılması üzrə planları yoxdur. Lakin Azerdemiryolbank-ın məcmu kapitalı 40 mln. manatı ötəcək.

Azerdemiryolbank ASC 1989-cu il oktyabrın 6 - da Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən təsis edilib. Son 19 ildə Azerdemiryolbank inkişaf edib  və Azərbaycanın bank bazarında mövqeyini daha da möhkəmləndirib. Bu gün Azerdemiryolbank ASC ölkənin iri banklarının beşliyinə daxildir və paytaxt və regionları əhatə edən 30 filial və bölməsi var. 1995-ci ildən bankın əsas səhmdarı Hacıyevlər ailəsidir (hazırda səhmlərin təxminən 46 faizinə ona məxsusdur). Bankın səhmlərinin 35 faizi AYİB və Netherlands Development Finance Company-yə məxsusdur. 2005-ci ilin dekabrından AYİB bankın səhmlərinin 25 plyus bir fazini alıb. Azerdemiryolbank  ölkənin özəl bankları arasında ilk dəfə 2004 - cü ildən beynəlxalq reytinq qiymətləndirmələri almağa başlayıb.

Dekabrın 5- nə olan cari mübadilə məzənnəsi -- 0,809 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti