...

Qazaxıstan 2009-cu ildə yük dövriyyəsinin azalacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2008 15:26 (UTC +04:00)

Qazaxıstan, Astana, 09 dekabr/ Trend , müxbir K.Konırova/ "Gələn il 520 millimetrlik vahid dəmir yol xətti standartlı ölkələrin əraziləri ilə yük dövriyyəsinin azalacağı gözlənilir", - Qazaxıstanın Baş naziri Kərim Məsimov çərşənbə axşamı Astanada "Strateji tərəfdaşlıq 520: Mərkəzi Asiya" II Beynəlxalq Dəmir Yolu Biznes-Forumunda çıxışı zamanı bildirib.
 
"İndi, bütün dünyanın iqtisadi böhran yaşadığı bir vaxtda biz sizinlə əksər ölkələrdə iqtisadi artımın səngiməsinin şahidi olacağıq. Yaxın vaxtlarda ərazilərimiz üzrə yük dövriyyəsinin azalmasının şahidi olacağıq", - Məsimov deyib.

Baş nazirin rəyinə görə, bu, bütün ölkələrin dəmir yolu xidmətlərinə infrastrukturu inkişaf etdirmək imkanı verəcək.


"Bir tərəfdən, bu problemdir. Digər tərəfdən isə, infrastrukturun əlavə inkişafı və regionumuzda infrastrukturun inkişafına əlavə sərmayələr üçün bütün ölkələrin dəmir yolu xidmətlərinə təqdim edilən imkandır", - Baş nazir vurğulayıb.

"Gələcəkdə, iqtisadi artım başlayan zaman inkişaf etmiş infrastruktur region iqtisadiyyatının inkişafını stimullaşdıracaq", - Məsimov əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti