...

Dünya maliyyə prosesləri Azərbaycanı narahat edir – Banklar Assosiasiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2008 16:54 (UTC +04:00)
Dünya maliyyə prosesləri Azərbaycanı narahat edir – Banklar Assosiasiyasının rəhbəri

Azərbaycan, Bakı,10 dekabr/ Trend , müxbir İ.Xəlilova/ "Maliyyə sektorundan başlamış və real sektora keçmiş dünya böhranının dərinləşməsi ilə əlaqədar, bütün ölkələr, o cümlədən də Azərbaycan,  böhranın öz iqtisadiyyatına gələcək təsiri ilə bağlı narahatlıq göstərirlər", - Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Eldar İsmayılov çərşənbə günü bildirib.

Bu gün Bakıda ölkənin bank cəmiyyəti ilə görüşdə dünya maliyyə böhranı və onun bank sektoruna və ümumilikdə Azərbaycan iqtisadiyyatına mümkün təsiri məsələləri müzakirə edilir. Görüşün təşkilatçısı ABA-dır.

Məsələlərin müzakirəsi, Azərbaycan Milli Bankı, İqtisadi İnkişaf Nazirliyi, özəl bank sektoru, Dünya Bankı və BVF daxil olmaqla, ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə institutlarının nümayəndələri, parlament deputatlarının iştirakı ilə keçirilir.

İsmayılovun sözlərinə görə, Avropa Bank Assosiasiyasının son iclasında Avropa banklarının dünya böhranından çıxmaq üzrə tədbirləri də müzakirə edilib. "Son 15 ildə Azərbaycanda qeyri -neft sektoruna böyük diqqət ayrılıb ki, bu da ölkəyə böhrana hazırlaşmaq imkanı verib. Buna baxmayaraq, dünya prosesləri bizi də narahat edir", - İsmayılov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti