...

Azərbaycanda "Avtomobil yolları" büdcə fondunun məbləği müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2008 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend / Azərbaycan prezidenti Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsini təsdiq edib. Büdcə haqqında Qanuna əsasən, yaradılmış "Avtomobil yolları" məqsədli büdcə fonduna daxilolmalar 145 mln. manat təşkil edəcək.

Respublikanın şəhər və rayonlarının gəlirlərindən "Avtomobil yolları" büdcə fonduna 54 mln. manat köçürüləcək.

"Avtomobil yolları" büdcə fondu avtomobil yollarının çəkilməsi və yenidən qurulması sahəsində həyata keçirilən işlərin sürətləndirilməsi, avtomobil yolları şəbəkəsindən səmərəli istifadə və onların qənaətbəxş səviyyədə saxlanılması üçün yaradılıb.

Vəsaitlərin sərəncamçısı qismində Azərbaycan Nəqliyyat Nazirliyi təyin edilib.

Xəbər lenti

Xəbər lenti