...

Bakıda "xruşovka" və "stalinka" tipli binalar mərhələli şəkildə sökülməlidir - Azərbaycanın fövqəladə hallar naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2008 14:48 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 13 dekabr / Trend , P.Əliyeva/ Azərbaycanın fövqəladə hallar naziri hesab edir ki, paytaxt Bakıda "xruşovka" və "stalinka" tipli binalar mərhələli şəkildə sökülə bilər.

"Bu tipli binalar kütləvi şəkildə sökülməyəcək", - şənbə günü jurnalistlərə nazir Kəmaləddin Heydərov bildirib.

Trend -un arayışı: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov dekabrın əvvəllərində jurnalistlərə bildirib ki, hazırda XIX əsrin sonunda - XX əsrin əvvəlində tikilən yaşayış binaları sökülür, əvəzinə isə yeniləri inşa edilir. Həmin binalar nə qədər tarixi əhəmiyyət kəsb etsə də, istismara yararsız sayılır.

"Sakinlərə kompensasiya, ya da yeni mənzil təqdim olunacaq. Sözügedən binalar istismar müddətini başa vurub, lakin istifadəyə yararlıdır. Gələcəkdə həmin binalar mərhələlərlə sökülərək yerlərində yeniləri tikiləcək. Bakıda köhnə binaların sökülməsi və onların yerində yeni yaşayış binalarının tikintisi prosesi sürətlənir. Paytaxtdakı "xruşovka" və "stalinka" kimi tanınan yaşayış binaları mərhələlərlə söküləcək", - Qaraşov əlavə edib.

Nazirin sözlərinə görə, "xruşovka" və "stalinka" tipli binaların kütləvi şəkildə sökülməsi ilə bağlı yayılan söhbətlər ciddi deyil.

"Hazırda araşdırma aparılır, "xruşovka" və başqa layihəli binalar zamanında müvəqqəti tikilib. İndi həm Nazirlər Kabinetində, həm də müvafiq nazirliklərdə bu mexanizm işlənib hazırlanıb, çünki artıq "xruşovka"ların yerində gələcəkdə bəziləri sökülə və yerində hündürmərtəbəli binalar tikilə bilər. Yaxud binalar tikilməsin, lakin orada yaşayan əhali başqa yerə köçürülsün", - nazir əlavə edib

Heydərovun fikrincə, nazirlik tərəfindən kütləvi şəkildə sökülmə məsələsi qaldırılmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti