...

Bakının Baş planına yalnız 30 faiz əməl olunur - Dövlət Şəhərsalma Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2008 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbirlər İ.Əlizadə, S.Babayeva/ "Bu gün Bakının hazırki Baş planına yalnız 30 faiz əməl olunur", - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Departamentinin rəhbəri Allahverdi Əliyev hesab edir.

"Məsələn, "Moskva" mehmanxanasının sökülməsi Baş Planda nəzərdə tutulmamışdı. İndi çox sayda tikinti bu sənəddən kənar aparılır", - Əliyev bazar ertəsi ölkə parlamentində bildirib.

Bakının sonuncu Baş Planı 1972-ci ildə hazırlanaraq 80-ci illərdə qəbul edilib və 2005-ci ilədək olan dövrü əhatə edib.

Əliyevin sözlərinə görə, 2012-ci ilədək analoji sənəd - "Böyük Bakının regional inkişaf planı" hazırlanacaq və bunun üçün tender elan ediləcək. Artıq 24 əcnəbi və yerli şirkətdən ərizələr alınıb. Sənədin hazırlanma müddəti iki ildir. Bu işlərə 230 mln. dollar dəyərində "Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin bərpası milli layihəsi" çərçivəsində, Dünya Bankından alınmış 5 mln. dollar ayırılıb.

"sənəd Bakının Baş Planından daha vacib və genişdir. Onun məqsədi Bakının arxitektur məhvinin aradan qaldırılmasıdır", - Əliyev deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti