...

Bakıdakı mənzillərin qiyməti təqribən iki faiz düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2008 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir Ü.İsmayılova/ Noyabrda Bakının daşınmaz əmlak bazarında qiymətlər 1,7 faiz azalaraq bir kvadratmetr üçün 1687 dollara düşüb. Bu barədə çərşənbə axşamı MBA Group Konsaltinq Şirkətindən məlumat veriblər.

"Bazarda qiymətlər maliyyə böhranının dünya bazarlarına təsiri ilə bağlı azalıb", - deyə şirkətdən bildiriblər.

Bazara 115 mindən 138 min dollaradək təklif olunan mənzillərin payı noyabrda bazar partfelinin 28,7 faizini təşkil edib. Noyabrda orta otaq göstəricisi 2,34 (-1,3), hər otağın orta qiyməti 49,8 min dollar, mənzillərin orta qiyməti 116,3 min dollar təşkil edib.

Bazara orta qiymətdən yuxarı təklif olunan mənzillərin payı 43,5 faiz, orta qiymətlərdən aşağı isə, 56,6 faiz təşkil edib.

Noyabrda mənzilin ekspozisiya müddəti 10,3 faiz artıb.

Bakının rayonları üzrə qiymət dəyişikliklərini göstərən ümumi cədvəl:

Rayonlar Qiymətlər $/kv.m Ay ərzində artım %-lə
Əzizbəyov 1075 -0,6
Binəqədi 1517 0,9
Qaradağ 1274 -1,5
Yasamal 1713 2,1
Nizami 1543 0,7
Nərimanov 1739 0,2
Nəsimi 1695 -1,6
Sabunçu 1347 1,7
Suraxanı 1115 -7,1
Səbail 2342 -0,9
Xətai 1323 0,2

MBA Group ölkə iqtisadiyyatının, demək olar ki, bütün sahələrində müntəzəm olaraq monitorinqlər keçirən konsaltinq şirkətidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti