...

Azərbaycanda vergi bəyannamələri və hesabatları üçün ştrix- kodlaşdırma tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir N.İsmayılova/  Vergi bəyannamələri və hesabatlarının elektron şəkildə göndərilməsinə maraq  artsa da, bəzi vergi ödəyiciləri hələ də bəyannamə və hesabatları vergi orqanlarına şəxsən və ya poçtla təqdim edirlər, - Vergilər Nazirliyindən çərşənbə günü bildiriblər.

Bu, vergi orqanlarının işini çətinləşdirir; onlar özləri hesabatların  məlumatlarını avtomatlaşdırılmış vergi informasiya sisteminə (AVİS) daxil etməli olur və buna görə də, kameral vergi yoxlanışının aparılması üçün vaxt azalır.

"Vaxt itkisini minimuma endirən və kameral yoxlamaların keyfiyyətini artırmaq üçün dekabrın 1-dən vergi orqanları bəyannamə və hesabatları kağız formada yalnız ştrix- kod olduğu zaman qəbul etməyə başlayıblar", - nazirlikdən qeyd ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti