...

"Şimal-Cənub" dəmir yolu layihəsi çərçivəsində Azərbaycan, Rusiya və İranın işçi qruplarının görüşü Sankt-Peterburqda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2008 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir E.İsmayılov/ "Rusiya tərəfinin "Şimal-Cənub" layihəsi çərçivəsində hazırladığı biznes-plan Azərbaycan, Rusiya və İranın işçi qruplarının dekabrın 25-26-da Sankt-Peterburqda görüşündə nəzərdən keçiriləcək", - Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin müavini İqbal Hüseynov bildirib.

"Təklif edilmiş biznes-plan qəbul edilsə, bundan sonra yəqin ki, dəmir yolları rəhbərləri görüşəcək və yekun sənədləri imzalayacaqlar. Sonra texniki-iqtisadi əsaslandırma üzərində daha konkret işlər başlayacaq", - Hüseynov bildirib.

"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi Rusiya, Azəbaycan, İran vasitəsilə Avropadan Hindistan və Cənub-Şərqi Asiya ölkələrinə vahid dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutur. Layihənin reallaşdırılması üçün ilkin qiymətləndirmələrə görə $400 mln. tələb olunur. İşlərin çox hissəsi Azərbaycan sərhədinədək dəmir yolu əlaqəsinə malik olmayan İranda aparmaq lazım olacaq. Azərbaycanda təxminən $35 - 40 mln. məbləğində müyyən işlər görmək lazımdır.

Azərbaycanda həyata keçiriləcək işlər Astara stansiyasınadək (AR) 8,5 km uzunluğunda dəmir yolunun çəkilməsini, təkər cütlüklərinin dəyişdirilməsi sistemlərinə malik stansiyanın tikintisini, sərhəd və gömrük infrastrukturunun yaradılmasını nəzərdə tutur. Sərhədyanı dəmir yolu körpüsü salmaq lazımdır. Layihənin realizəsi İranla paritet əsasda həyata keçiriləcək.

Bu dəhlizdə yük daşınmalarının birinci mərhələdə ildə 5 mln. ton olacağı, gələcəkdə 10-15 mln. tonadək artırılacağı proqnozlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti