...

Üçüncü rübdə Azərbaycanın Gürcüstana birbaşa sərmayələri 17 mln. dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2008 20:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Üçüncü rübdə Gürcüstana birbaşa sərmayələr 150 mln. dollar təşkil edib. Gürcüstanın Statistika Departamentinin məlumatına görə, 2007-ci ildə belə sərmayələrin həcmi təxminən 490 mln. dollar təşkil edib.

Cari ilin üçüncü rübündə Gürcüstanın ən böyük sərmayədarı 34,69 mln. dollar yatırım həcmi ilə Yaponiya olub. BƏƏ-nin birbaşa sərmayələri 18,27 mln. dollar, Azərbaycan - 17,8 mln. dollar, Böyük Britaniya - 24,87 mln. dollar təşkil edib. Bu dövrdə Türkiyə Gürcüstana 21,72 mln. dollar, ABŞ - 10,1 mln. dollar sərmayə yatırıb.

Xəbər lenti

Xəbər lenti