...

Bakı metropoliteni tikilməkdə olan metro stansiyası üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr/ Trend / Bakı metropoliteni "Azədlıq Prospekti" metro stansiyasının mərkəzildəşdirilmiş rele marşrut sisteminin təmin edilməsi, quraşdırılması, işə salınması və sazlanması, eləcə də "Nəsimi" və "Azadlıq Prospekti" stansiyaları arasında tunel avadanlığının alınmasına tender elan edib.

Tender bir lot üzrə keçirilir.

Tenderdə iştirak etməkdə maraqlı olan iddiaçılar 2009 - cu il yanvarın 29-dan gec olmamaqla, iştirak barədə müraciət və digər sənədləri təqdim etməlidirlər. Tender təklifləri və bank zəmanəti fevralın 5 - dək qəbul olunacaq.

Tenderə 2009 - cu il fevralın 9 - da yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti