...

İraqın "Nabukko"  qaz kəməri layihəsinə qoşulması perspektivləri  hələ də dumanlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2008 11:17 (UTC +04:00)
İraqın "Nabukko"  qaz kəməri layihəsinə qoşulması perspektivləri  hələ də dumanlıdır

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbirlər A.Bədəlova, Ü.Sadıqova/  Türkiyə prezidentinin Bağdadın qazın ixracı üzrə "Nabukko" boru kəmərinə mümkün qoşulması barədə bəyanatına baxmayaraq, İraqın bu layihəyə qoşulması perspektivli dumanlı olaraq qalır, - Amerikanın "Qlobal İqtisadi Ədalət Uğrunda" (50 Years Is Enough) şəbəkəsinin direktoru Samir Dossani (Sameer Dossani) hesab edir.

Ötən həftə Türkiyə prezidenti Abdullah Gül bəyan edib ki, "Nabukko" layihəsinə Mərkəzi Asiya ölkələrindən əlavə, İran və İraq da qoşula bilər. Onun rəyinə görə, kifayət həcmdə qazın alınması bu layihənin əsas problemidir.

Dossani hesab edir ki, başlıca problemlərdən biri belədir: Türkiyə İraqdan qaz almaq istəsə və İran layihəyə qoşulsa, İran, İraq və Türkiyənin Kürdüstan ərazilərində infrastruktur yaratmaq lazımdır.

"Türkiyə kürd azlığının  yarada biləcəyi problemlərin aradan qaldırılması məsələsində sərt mövqedən çıxış edəcək və bununla əlaqədar olaraq, bu marşrut boyunca təxribatların olacağı ehtimalı böyükdür ", - əvvəllər Asiya İnkişaf Bankı QHT Forumunun icraçı direktoru olmuş Dossani bazar ertəsi elektron poçtla Trend -a bildirib.

Onun rəyinə görə, digər problem ölkələrin layihəyə qoşulması müddətidir. İraq "Nabukko"ya yalnız layihənin ikinci və ya üçüncü fazasında qoşula bilər, - Dossani güman edir.

"Lakin "Nabukko" layihəsinin ikinci və üçüncü fazasının olması ehtimalı yaxın illərdə İraqdakı vəziyyətdən asılı olacaq", - Dossani vurğulayıb.

"Nabukko" qaz kəmərinin çəkilməsinin birinci mərhələsinə 2010 - cu ildə başlanılacaq.Bu mərhələ, Türkiyə və Avstriya arasında iki min kilometrlik boru kəmərinin çəkilməsini əhatə edir. Növbəti iki il ərzində Türkiyə - Gürcüstan, Türkiyə -İran sərhədlərindəki mövcud boru kəməri gücləri işə cəlb ediləcək.

Boru kəmərinin çəkilişinin ikinci mərhələsi 2014-cü ilin sonunadək  olan dövrü əhatə edir və Türkiyə-Gürcüstan və Türkiyə-İran sahələrində bölmələrin tikintisini özündə birləşdirir.

"Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac ediləcəyi güman olunur. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər birinin payı bərabərdir - 16,67 faiz.

Layihənin ümumi dəyərini təxminən 30 faizi Nabucco Gas Pipeline International-ın səhmdarları ödəyəcək, qalan 70 faizi kreditlərin payına düşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti