...

Azərbaycan əlillərin sosial reabilitasiyası üzrə tədbirləri gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankı ilə birgə layihə çərçivəsində, əlillik qruplarının müəyyən edilməsinin yeni qaydalarına dair təkliflərin hazırlanması üzrə işçi qrupu yaradıb, - əmək nazirinin müavini Natiq Məmmədov çərşənbə axşamı "Əlillərin tibbi, sosial ekspertizası və reabilitasiyası" elmi - təcrübi konfransının gedişində bildirib.

"İşçi qrupunun təklifləri artıq hazırqdır və Səhiyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra, yaxın vaxtlarda Nazirlər Kabinetinin təsdiqinə təqdim ediləcək", - Məmmədov deyib.

Onun sözlərinə görə, yeni qaydaların tətbiqinin əsas məqsədi yalnız tibbi prosedurların işlənilməsindən deyil, əsas etibarilə, əlillərin sosial reabilitasiyasının təmin olunmasından ibarətdir. Bu, əlillərin cəmiyyətə inteqrasiyası, onların özünüidarəetməsi və işlə təminatını nəzərdə tutur.

Əvvəllər, 1997-ci ildə təsdiq edilmiş əlillik qrupunun müəyyən edilməsi qaydalarına əsasəan, ikinci qrup əlillərin 70 - 80 faizi işləmək qabiliyyəti olmayan hesab edilirdisə, müasir diaqnostika texnologiyaları, yeni müalicə üsulları sayəsində, yeni qaydalarla əksər ikinci qrup əlillərin işləmək qabiliyyəti olacaq.

Yeni qaydalara görə, ömürlük əlillik qrupları istisnasız olaraq onkoloji xəstələrə veriləcək, - nazir müavini bildirib. Belə ki, bəzi hallarda bu xəstəlik sağalmazdır. Əvvəllər üçüncü ömürlük əlil qrupu alan aşağı ətrafları amputasiya edilmiş əlillər bundan sonra ikinci qrup alacaqlar.

Yeni qaydaların vacib elementlərindən biri də işləmək qabiliyyəti olan əlillərin icbari iş təminatıdır, yəni əlillik qrupu verilərkən məşğulluq xidmətlərinə belə şəxsin mövcudluğu barədə məlumat daxil olacaq və onlar təsdiq edilmiş kvjtaya əsasən, müvafiq işlə təmin olunacaqlar.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ölkədə əlillər üçün 14 sosial reabilitasiya mərkəzi tikilib. Hazırda ölkənin regionlarında - Yevlax və Xaçmazda belə mərkəzlərin tikintisi başa çatır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti