...

Tbilisi və Tokio Gürcüstanın aqrar sektorunun inkişafına qrant ayrılması üzrə saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2008 16:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Rəsmi Tbilisi və Tokionun nümayəndələri qeyri-layihə qrantına 13,3 mln. dollar məbləğdə not mübadiləsi barədə saziş imzalayıblar. Sənədi Gürcüstanın maliyyə naziri Nikoloz Qilauri və Yaponiyanın Gürcüstandakı səfiri Masamitsu Oki imzalayıblar.

Maliyyə nazirinin sözlərinə görə, bu qrant Yaponiya hökumətinin yardımının bir hissəsidir. Yaponiya hökuməti Brüsseldə donor konfransları zamanı Gürcüstanaya yardımın ayrılması barədə qərar qəbul edib.

"Qrant vəsaitləri kənd təsərrüfatı sektorunun gücləndirilməsi və inkişafına yönəldiləcək  ki, bu da gəlirlərin artması və iş yerlərinin  yaradılmasına yardım edəcək", - Qilauri deyib.

Bu Tokionun qeyri-layihə qrantı proqramı çərçivəsində Tbilisiyə ayırdığı sayca beşinci yardımdır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti