...

Azərbaycanda daşınmaz əmlak obyektlərinin kadastr məlumat bazası hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2008 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Dünya Bankı ilə "Daşınmaz əmlakın reyestri" birgə layihəsi çərçivəsində? Xırdalan şəhəri və Novxanı qəsəbəsinin daşınmaz əmlak kadastrının yaradılması üzrə pilot proqramın təqdimatı keçirilib. Bu barədə cümə günü Dövlət Komitəsindən məlumat verilib.

"Pilot layihə daşınmaz əmlak obyektlərinin hüquqi və texniki vəziyyəti haqqında kadastr məlumat bazasının yaradılmasını nəzərdə tutur", - deyə Komitənin məlumatında bildirilir.

Pilot layihəni tenderin qalibi olan Türkiyənin ISHLEM şirkəti reallaşdıracaq.

Azərbaycan hökuməti və DB 2007-ci ilin iyulunda daşınmaz əmlakın vahid kadastrı sistemini birgə tətbiq etmək haqqında saziş imzalayıb. Layihə dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə edilməsi və reyestri; baza xəritəçəkmə və torpaq kadastrı; treninqlər, siyasətin formalaşdırılması və layihənin idarə edilməsi.

Layihənin dəyəri 38,57 mln. dollar təşkil edir. Bunun 30 mln. dolları DB -nin kreditinin payına düşür. Kredit ehtiyatları, beş il güzəştli dövr olmaqla, 20 il müddətinə ayrılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti