...

Aqrolizinq bir partiya kənd təsərrüfatı texnikası alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/ Trend , müxbir S.Babayeva/ Aqrolizinq Açıq tipli Səhmdar Cəmiyyəti bir partiya kənd təsərrüfatı texnikası almağı planlaşdrır. ASC-nin verdiyi məlumata görə, tender zamanı 100 taxıl yığan kombaynın alınması nəzərdə tutulur.

İddiaçılar tenderdə iştirak etmək üçün 2009 - cu il yanvarın 12 - dək sənədləri (tender təklifləri və tender təkliflərinin dəyərindən iki faiz həcmində bank zəmanətindən savayı), 2009 - cu il yanvarın 13- dək isə, təklifləri təqdim etməlidirlər.

Tenderdə qalib gələn iddiaçılar, DDP İnkoterms-2000 şərtləri əsasında, müqavilənin imzalandığı gündən 90 gün ərzində Aqrolizinq ASC-nin Şirvan bazasına texnikanı təqdim etməlidirlər.

İddiaçıların təklifləri iddiaçıların və ya Aqrolizinq ASC-nin səlahiyyətli nümayəndələrinin iştirakı ilə yanvarın 14 - də açılacaq.

Agrolizing ASC Azərbaycan prezidenti İlham Əliyevin 2004 - cü il 23 oktyabr tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin balansında yaradılıb. Müəssisənin fəaliyyəti aqrar sahənin yaxşılaşdırılması və müxtəlif kənd təsərrüfatı texnikasının əldə edilməsi, yerli torpaq sahiblərinə lizinqə verilməsi yolu ilə ölkədə sahibkarlığa dəstəkdən ibarətdir. Bu gün ASC doqquz regional aqroservis təchizat bazasına və işğal olunmuş ərazilər istisna olmaqla, Azərbaycanın bütün rayonlarında 55 aqroservis filialına malikdir.

2005 - ci ildən 2008 - ci ilədək Agrolizing dövlət büdcəsindən 133 mln. manat vəsait alıb. Bu məbləğin 76,6 mln.-u kənd təsərrüfatı texnikası, 7,4 mln.-nu texniki avadanlıq və 4,9 mln.-nu pestisid və gübrənin alınmasına sərf olunub.

Bu dövr ərzində 500-dən artıq taxılyığan maşın, 1,5 min traktor, 30 mini-traktor, 120 ekskovator, dörd mindən çox müxtəlif kənd təsərrüfatı texnikası alınıb.

2009 - cu ilin dövlət büdcəsindən Agrolizing ASC- ə, əvvəlki illərdə olduğu kimi, 37,5 mln. manat ayrılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti