...

Azərbaycan bankı Bank Respublika -nın əmanətçiləri arasında oynanılan Honda Accord avtomobilinin sahibi müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2008 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr/ Trend / Azərbaycan bankı Bank Respublika-nın əmanətçilər arasında keçirdiyi uduş kampaniyasının əsas hədiyyəsi olan Honda Accord avtomobilinin sahibi müəyyən edilib. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında bildirilir.

Uduş kampaniyasının yeni il qabağı tirajı nəticəsində Honda Accord avtomobilinin sahibi Bank Respublika-nın Quba filialının əmanətçisi olub.

Məlumatda bildirilir ki, bu tiraj çərçivəsində bankın daha 8 əmanətçisi qızıl külçələr qazanıb. Bankın 2 əmanətçisi hər biri 20 qram, 6 əmanətçisi hər biri 10 qram olmaqla, ən yüksək --999,9 əyarlı Rusiya istehsalı olan qızıl külçələr qazanıblar.

Şərtlərə əsasən, kampaniyada ən azı 12 ay müddətində və 1000 AZN/USD/EUR məbləğində olan əmanətlər iştirak edir. Əmanətin hər 1000 AZN/USD/EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmirlər.

Bank Respublika "Əmanət Şərtlərinin Sərbəst Seçimi" depozit proqramı üzrə müştərilərə geniş imkanlar təklif edir. Bank Respublika-da manat və ABŞ dollarında olan əmanətlər üzrə maksimal faiz dərəcəsi illik 16% təşkil edir.

Bank Respublika-nın əmanətçiləri, əmanətin məbləği və müddətindən asılı olaraq, 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, Home Banking və MobilBank xidmətinə pulsuz qoşula, bank seyfindən pulsuz istifadə edə, Bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

Bank Respublika "Əmanətlərin sığortalanması haqqında" Qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

Dekabrın 29-na olan rəsmi məzənnə 0,8005 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti