...

Azərbaycan bankı AccessBank mikrokreditləşmədə rekord vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2009 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend / "Bu gün AccessBank, fevral ayında Azərbaycan sahibkarlarına, 20 milyon ABŞ dolları məbləğində 6500-dən çox kreditin verildiyini elan edib", - bazar ertəsi bankın yaydığı məlumatda deyilir.

"AccessBank-ın tarixində bu, bankın 1 ay ərzində verdiyi mikrokreditlərin ən yüksək miqdar və məbləğ göstəricisidir", - məlumatda qeyd olunub.

Rekord sayda mikrokreditlərə, 4,5 milyon ABŞ dollarından artıq məbləğdə 2000-dən artıq aqrokredit daxildir ki, bu da yeni aylıq rekorddur. Bu rekordun əldə olunmasına fevral ayında Gəncə regionunda 900-dən artıq sahibkara kredit verən AccessBank-ın Gəncə filialının böyük rolu olub.

Mikrokreditləşmə vasitəsi ilə AccessBank bütünlüklə Azərbaycanda, xüsusən də regionlarda kiçik müəssisələrin inkişafına böyük töhfə verir və bu yolla yeni iş yerlərinin açılmasına və iqtisadiyyatın diversifikasiyasına kömək edir.

"Biz məhsullarımıza olan tələbatın rekord həddə olduğunu hiss edirik, çünki dünya maliyyə böhranı səbəbindən bir çox təşkilatlar verdikləri kreditləri məhdudlaşdırmağa məcbur olublar. Biz fəxr edirik ki, bu cür mürəkkəb şəraitdə AccessBank Azərbaycanda kiçik sahibkarlıq nümayəndələrinə zəruri maliyyə yardımı göstərməyə və bununla da ölkədə etibarlı biznes tərəfdaşı olduğunu nümayiş etdirməyə qadirdir", - Baş menecer Endryu Pospilovski qazanılmış rekordları təqdir edərək deyib.  

AccessBank Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılıb. AccessBank Fitch Beynəlxalq reytinq agentliyi tərəfindən, Azərbaycanın özəl bankları arasında ən etibarlı bank elan edilib (BB+).

"AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutlarına məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3,5%) şirkətləridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti