...

Gürcüstan yapon investisiyasını cəlb etmək imkanlarını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2009 17:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 mart / Trend , müxbir N. Kirtsxaliya / Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze martın 9-12-də Tokioya rəsmi səfər edəcək, - bazar ertəsi keçirilən ənənvi brifinqdə xarici işlər naziri bildirib.

"Ölkə prezidentinin göstərişi ilə Xarici İşlər Nazirliyi investisiyanın cəlb edilməsi prosesinə fəal şəkildə qoşulur və bu məqsədlə də Yaponiyaya ilk rəsmi səfər həyata keçiriləcək", - deyə Vaşadze bildirib.

Onun sözlərinə görə, əvvəllər bu planda Asiya ölkələrinə elə də böyük diqqət ayrılmırdı, lakin hal-hazırda XİN-də Şərq ölkələri üzrə xüsusi departament yaradılıb, buna müvafiq olaraq da Asiya ölkələri ilə münasibətlər fəallaşdırılır.

Səfər çərçivəsində Vaşadze yapon həmkarı Hirofumi Nakasone və Yaponiyanın iri şirkət rəhbərləri ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti