...

Azərbaycan diskont sistemi AGClub-a qoşulan şirkətlərin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2009 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend / "Azərbaycan diskont sistemi AGClub-a qoşulan şirkətlərin sayı 377 üzvə qədər genişlənib", - AGClub-un məlumatında deyilir.

Sistemə "İdeal", "Journey", "I TECH" mağazaları, "Virgo" restoranı, "MediStom", "Realmed MMC", "Fiore-La" tibb müəssisələri, "Austin Hotel", "Baku Palace", "High Park" mehmanxanaları və "Lux Group" şirkəti qoşulub.

Bu diskont sisteminin müştəriləri AGClub-un tərəfdaşları tərəfindən istirahət, geyim, səhiyyə, səyahət kimi sahələrdə verilən güzəştlərdən yararlana bilərlər.

AGClub sisteminə daxil olan ticarət məntəqələri xüsusi atribut - giriş qapılarındakı stikerlər ilə nişanlanır.

Əlavə məlumat üçün www.agclub.az saytını ziyarət edə, yaxud da (994 12) 5107013 nömrəli telefona zəng edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti