...

Naxçıvan MR-da ÜDM-nin artımı 15%-i ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2009 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir S.Babayeva / Naxçıvan MR-nın Bakıda yerləşən daimi nümayəndəliyindən bildiriblər ki, Naxçıvanda yanvar ayında ötən ilin analoji dövrü ilə müqayisədə ÜDM 15,2% artaraq 40,94 mln. manat təşkil edib.  

Bu dövr ərzində 4,7% və yaxud 17 mln. manat ÜDM strukturunda daxili istehsalın payına düşüb. Xidmətlər sahəsində əlavə dəyərləndirilmə istehsalı 22 mln. manat təşkil edib (xüsusi çəkisi 54,5% olmaqla). Məhsul və idxaldan əldə olunan vergilər ÜDM-nin 3,9%-ni və yaxud 1,6 mln. manat təşkil edib.

Yanvar ayı ərzində sənaye sektorunda ÜDM-nin 21,4%-i istehsal olunub (8,7 mln. manat). Kənd təsərrüfatında 6,8% (2,7 mln. manat), tikintidə 13,5% (5,5 mln.manat), nəqliyyatda 4,3% (1,7 mln. manat), rabitə sektorunda 3,2% (1,2 mln. manat), topdan və pərakəndə satış sahəsində, avtomobil və müxtəlif məişət texnikası təmiri sahəsində isə bu rəqəm 24,7% (10,1 mln. manat) təşkil edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti