Qazaxıstan, Astana, 04 mart / Trend , müxbir K.Konırova /
Qazaxıstan prezidentinin fərmanına əsasən, Kusainov Abelqazi Kaliakparoviç nəqliyyat və kommunikasiyalar naziri təyin edilib. Bu barədə Ak-Ordının mətbuat xidmətindən məlumat verilib.
"Dövlət başçısının sərəncamı ilə Kusainov Abelqazi Kaliakparoviç digər işə keçidi ilə əlaqədar olaraq Qazaxıstan Respublikasının Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin məsul katibi vəzifəsindən azad edilib", - deyə dövlət başçısının rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, prezidentin digər fərmanı ilə Əhmədov Serik Nıqmetulla nəqliyyat və kommunikasiyalar naziri vəzifəsindən azad edilib və ölkənin Baş nazirinin müavini təyin edilib. Onun sələfi Şukeyev Umirzak Yestayeviç Qazaxıstan Baş nazirinin birinci müavini təyin edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]