...

Naxçıvan Muxtar Respublikası yeddi ölkə ilə xarici ticarət əməliyyatları həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2009 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir S.Babayeva / Yanvarda Naxçıvan Muxtar Respublikası (NMR) yeddi ölkə ilə 7 milyon dollar civarında xarici ticarət əməliyyatları həyata keçirib, - NMR-in Bakıdakı daimi nümayəndəliyindən bildirilib. 

Ümumi əmtəə dövriyyəsinin 18,9 faizi və ya 1,3 milyon dolları ixracın, 81,1 faiz və 5,6 milyon dolları isə idxalın payına düşür.

Yanvar ayında Muxtar Respublikanın ticarət tərəfdaşları Almaniya, Gürcüstan, İran, Rusiya, Türkiyə, Ukrayna və Yaponiyadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti