...

Azərbaycan MDB ölkələri arasında aktuar işin dövlət dilində həyata keçirildiyi 3-cü dövlətdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir Ü.İsmayılova / Azərbaycan aktuar fəaliyyətin dövlət dilində həyata keçirilməsi istiqamətində Rusiya və Qazaxıstandan sonra 3-cü yerdə durur, - deyə Azərbaycan Sığortaçılar Assosiasiyasının icra başçısı Qafar Məcidov bildirib.

"Azərbaycan dilində kursları bitirən aktuarlar beynəlxalq sertifikat əldə etməklə dünyanın bütün ölkələrində işləyə bilərlər", - deyə Məcidov qeyd edib.

Onun sözlərinə əsasən, bu gün Azərbaycanın sığorta şirkətlərinin hesabatların dəqiq qiymətləndirilməsi istiqamətində özlərini yerli aktuar ilə təmin etməsi üçün imkanları var və Azərbaycan Maliyyə Nazirliyinin vacib tələblərindən biri bazarda düzgün tariflərin tətbiqidir.    

Məcidovun sözlərinə görə, aktuarlıq vacib, çətin və məsuliyyətli işdir, sığorta risklərini aktuarsız dəqiq hesablamaq qeyri-mümkündür.

Proqram dörd tədris kursundan (iki əsas, iki xüsusi) ibarət olaraq aktuar fəaliyyətin aşağıdakı sahələrini əhatə edir: faiz nəzəriyyəsi, ümumi sığorta və təkrar sığorta, həyat sığortası, təqaüd sığortası və sosial təminat, investisiya, sığorta təşkilatlarının maliyyə hesabatları, stoxastik modelləşdirmə.

Aktuar sığorta tariflərini qiymətləndirən mütəxəssislərdir, eyni zamanda ehtimal nəzəriyyəsi və riyazi statistikada əsaslandırılmış informasiya statistikası və riyazi metodikalar əsasında sığortaçıların ümididir.

Müşahidə Şurasına beş şirkətin (MBASK, Standart Insurance, Beynəlxalq sığorta şirkəti, Azərsığorta, Atəşgah) və fəaliyyət göstərən bütün sığorta şirkətlərinin daxil olduğu Azərbaycanın Sığortaçılar Assosiasiyası 2006-cı ilin dekabrında təsis edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti