...

Özbəkistan 2008-ci ildə ərzaq istehsalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2009 15:45 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 06 mart / Trend , müxbir T.Jukov /

Özbəkistan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, Özbəkistanda əsas qida məhsullarının istehsalı 2008-ci ildə artıb.

Dövlət Komitəsindən bildirildiyinə görə, süd və süd məhsulları üzrə istehsal 18,5% artaraq 5,426 mln. ton, şəkər istehsalı isə 48,8% artaraq 254,3 min ton təşkil edib.

Ötən ilin nəticələrinə əsasən, bitki yağı üzrə istehsal 2,5%, (284,6 min ton), konserv istehsalı 34,9% (157,9 mln banka), pivə istehsalı isə 13,9% (11,947 min dekalitr) artıb. 

Bundan əlavə, Dövlət Statistika Komitəsində bildiriblər ki, 2008-ci ildə makaron məhsullarının istehsalı 2,5% (17,1 min ton), yarma istehsalı 4,6% (17,1 min ton) və düyü istehsalı 1,1% (1 mln. 425,6 min ton) azalıb. 

Ət istehsalı 6,6% artaraq 1 mln. 287,9 min ton təşkil etdiyi halda, yumurta istehsalı 9,7% artaraq 2 milyon 429 min ədəd təşkil edib. 

"2008-ci ildə ölkə üzrə sərmayə proqramlarının həyata keçirilməsi nəticəsində 145 qida sənayesi obyekti istifadəyə verilib. Əsas diqqət mal-qaranın artırılmasına, kəndlərdə servis xidmətlərinin təkmilləşdirilməsinə və heyvandarlığın yem bazalarının gücləndirilməsinə yönəldilib. 2008-ci ildə heyvandarlığın inkişafı proqramı çərçivəsində hərrac vasitəsi ilə 20 min baş iribuynuzlu mal-qara əhaliyə verilib, bunun üçün 48 milyard 200 milyon sum (34,4 mln. dollar) vəsait ayrılıb. Ümumi səylər nəticəsində ət və süd tədarükü ehtiyatları artmaqda davam edir", - "Uzulqurjisavdoinvest" Assosiasiyasının rəhbəri Zəfər Fayziyev bildirib.  

Məqalə müəllifi ilə laqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti