...

Azərbaycanın Non-life şirkəti mülkiyyət formasını dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2009 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir Ü.İsmayılova /  

"ISR Holding-ə daxil olan və yalnız Non-life (həyat sığortasından savayı digər sığorta növü) sığorta ilə məşğul olan Azərbaycanın Atesgah sığorta şirkəti mülkiyyət formasını Qapalı Səmhdar Cəmiyyət-dən (QSC) Açıq Səhmdar Cəmiyyət-ə (ASC) dəyişib", - rəsmi mətbuat xəbər verir.

Azərbaycanda sığorta şirkətlərinin mülkiyyət formalarının dəyişdirilməsi 2008-ci ilin martında qəbul edilmiş "Sığorta fəaliyyəti haqqında" qanununda nəzərdə tutulub.

Atesgah Sigorta - ölkənin sığorta şirkətləri arasında qanuna uyğun olaraq portfelini Life (həyatın sığortalanması) və Non-life-a ayırıb. Beləliklə, həmçinin ISR Holding-ə daxil olan Kavkaz Sigorta sığorta şirkətinin adı Atesgah Heyat-a dəyişdirilib.

Atesgah-ın səhmdarlarının fevralda keçirilən ümumi iclasında təsisçilərin dəyişdirilməsi haqda qərar qəbul edilib. "Kapital" sığorta qrupuna daxil olan Norcross şirkətinin malik olduğu 49 faiz səhmləri alan I.S.R. Holding Ltd., şirkətin yeni səhmdarı olub. Digər səhmlərin 30 faizi SOCAR və 21 faizi - RAN-Eksim şirkətlərinə məxsusdur.

2008-ci ilin yayında I.S.R. Holding Ltd digər sığorta şirkəti Kavkaz Sigorta-nı alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti