...

Azərbaycan, İran və Rusiya işçi qruplarının "Şimal-Cənub" layihəsi çərçivəsində görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2009 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir E.İsmayılov /

"Azərbaycan, İran və Rusiya dəmiryolçularının işçi qrupları martın 11-13-də Sankt-Peterburqda, "Şimal-Cənub" dəmiryol layihəsi çərçivəsində Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu tikintisinin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) müzakirə edəcəklər", - çərşənbə axşamı Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin mətbuat katibi Nadir Azməmmədov deyib.

"Üç ölkənin işçi qruplarının görüşündə bir müddət əvvəl Rusiya tərəfinin təqdim etdiyi TİƏ-nin bəzi texniki məqamlarına baxmaq və müzakirə etmək planlaşdırılır. Bizim işçi qrup artıq Sankt-Peterburqa yollanıb", - Azəməmmədov bildirib.

"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi Avropadan Hindistan və Cənub-Şərqi Asiya ölkələrinə Rusiya, Azərbaycan və İran vasitəsilə vahid dəmiryol xəttinin yaradılmasını ehtiva edir. Layihənin həyata keçirilməsinə 400 milyon dollar lazımdır. Üstəlik işlərin əsas hissəsi Azərbaycanla sərhədə qədər dəmiryol xətti olmayan İranda icra olunmalıdır. 35-40 milyon dollar dəyərində müəyyən işlər Azərbaycanda həyata keçirilməlidir.

Azərbaycan ərazisindəki işlərə Astara (AR) stansiyasına qədər 8,5 kilometr dəmiryolunun çəkilməsi, təkər cütlərinin dəyişdirilməsi üçün stansiyanın tikintisi, sərhəd və gömrük infrastrukturunun qurulması aiddir. Həmçinin sərhəd dəmiryolu körpüsünün tikilməsi də lazımdır. Ancaq bu layihənin realizəsi İranla paritet əsasında həyata keçiriləcək. 

Bu dəhlizdə yük daşımaları üzrə birinci mərhələ üzrə proqnoz - ildə beş milyon tondur. Gələcəkdə bu rəqəmin 10-15 milyon tona çatdırılması planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti