...

BMK-nın işçi qrupu Azərbaycanda milli mülkiyyəti dəyərləndirmə standartlarına düzəlişlər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2009 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Ü.İsmaylova /  

Rusiya Dəyərləndiricilər Cəmiyyətinin (RDC) birinci vitse-prezidenti və BMK-nın işçi qrupunun üzvü İqor Artyomenkovun çərşənbə günü bildirdiyinə görə, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) dəyərləndirmə fəaliyyətinin inkişafı istiqamətində çalışan işçi qrupu Azərbaycanda işlənilən yeni milli dəyərləndirmə standartlarına düzəlişlərlər təqdim edib.  

"Təkliflər mülkiyyətin dəyərləndirilməsi üzrə beynəlxalq standartlara edilmiş yeni düzəlişlər nəzərə alınmaqla verilib", - Artyomenkov deyib.  

Onun sözlərinə əsasən, Azərbaycan dilinə çevirilmiş milli standartlar hazırdır və bu il qəbul edilməsi güman edilir.  

BMK "Azərbaycan və Orta Asiyada ilkin ipoteka bazarının inkişafı " proqramı sərçivəsində Azərbaycanda dəyərləndirmə fəaliyyətinin inkişafını təqdir edir. 

Azərbaycanda dəyərləndirmə sistemi 1995-ci ildə qəbul edilmiş "Dəyərləndirmə haqqında" qanunla tənzimlənir. Hazırda Azərbaycan Dəyərləndiricilər Cəmiyyəti qanuna dəyişiklik və əlavələr üzərində işləyir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti