...

Azərbaycanın sığorta şirkəti menecment keyfiyyəti standartlarına görə resertifikasiyadan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2009 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Ü.İsmaylova /  

Azərbaycanın "A-Group" sığorta şirkəti müstəqil beynəlxalq auditor olan Moody International tərəfindən keçirilmiş menecment standartlarının İSO 9001 keyfiyyətinə uyğun gəlməsi barədə təkrar sertifikasiyanı uğurla keçib, - şirkətin yaydığı məlumatda deyilir.

Ekspertlər tərəfindən şirkətin bölmələrinin kompleks auditi keçirilib.

Əldə edilmiş sertifikat bir daha təsdiq edir ki, ISO 9001:2000 beynəlxalq standartlarının tələblərinə cavab verən keyfiyyət menecmenti sistemini öz fəaliyyət sferasına daxil etmiş "A-Group" Sığorta şirkəti onun bütün qaydalarına riayət etməkdə davam edir.

Şirkətdə ISO 9001:2000 beynəlxalq standartları üzrə ilk sertifikasiya 2006-cı ildə aparılıb. Son üç il ərzində "A-Group" Sığorta şirkəti ISO 9001:2000 keyfiyyət standartları üzrə aparılan yoxlamalardan uğurla keçib.

"A-Group" Azərbaycanın sığorta bazarında 1995-ci ildən fəaliyyət göstərir və 17 növ sığorta xidməti göstərir ki, onlardan ikisi məcburidir. Şirkətin nizamnamə kapitalı 1,55 mln. manat təşkil edir. 

Martın 11-nə olan rəsmi məzənnə 0,8048 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti