...

ECO üzv ölkələri dünya maliyyə böhranının yaratdığı problemləri həll edə bilərlər - İran Prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2009 18:33 (UTC +04:00)

"İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) sammitinin bütün iştirakçıları inanır ki, ECO üzv ölkələri dünya maliyyə böhranının yaratdığı problemləri həll edə bilərlər", - İran Prezidenti Mahmud Əhmədinejad Tehrandakı sammitin yekununda deyib. Bu barədə İranın Press TV telekanalı məlumat verib.

"ECO üzv ölkələrinin qardaş əməkdaşlığı başqa ölkələr üçün nümunə rolunu oynaya bilər", - Əhmədinejad deyib.

ECO - İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası qurum kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı gücləndirmək məqsədi ilə yaradılıb.

Azərbaycan ECO-ya rəsmi olaraq 1992-cü ildə qəbul olunub. Həmin il Mərkəzi Asiya ölkələri də təşkilata üzv olub. Hazırda təşkilatın 10 üzvü var: Türkiyə, Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan.

Sammitdə Azərbaycan, Pakistan, Əfqanıstan, Türkiyə, Tacikistan və İraq ölkələrinin dövlət başçıları, Suriyanın vitse-prezidenti və Qətərin əmiri iştirak edirlər

Xəbər lenti

Xəbər lenti