...

İqtisadi Araşdırmalar Mərkəzi Azərbaycanda inflyasiya ilə bağlı şəxsi hesablamalarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2009 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Ü.İsmaylova /  

"İqtisadi Araşdırmalar Mərkəzi" QHT-nin məlumatında deyilir ki, fevral ayında Azərbaycanda 0,81% deflyasiya baş verib.

Deflyasiyanın səviyyəsi Bakıda 0,88%, bölgələrdə isə 0,75% təşkil edib.

Bu dövr ərzində ərzaq məhsulları 1,15% , qeyri-ərzaq malları 0,27%, xidmət qiymətləri isə 0,60% ucuzlaşıb. 

İllik hesablamalarda istehlak qiymətlərinin indeksi Azərbaycanda 8,32% artıb. İlin əvvəli üçün isə 2,34% azalıb.

Təşkilatın monitorinqinin nəticələrinə əsasən, ərzaq məhsulları arasında ən çox kartof (18,18%), yoqurtlar (8,63%), toyuq ətinin (6,87%) qiymətləri enib, qeyri-ərzaq məhsullarından - ağac (tikinti materialı) (13,12%), xidmət sahəsində isə internet xidmətlərinin (45,05%) qiyməti enib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti