...

Sığorta agentlərinin lisenziyalaşdırılması bazar iştirakçılarının peşəkar keyfiyyətlərini artıracaq – Azərbaycanın Dövlət Sığorta Nəzarəti

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2009 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir Ü.İsmayılova /

Sığorta vasitəçilərinin və agentlərinin lisenziyalaşdırılması bazar iştirakçılarının peşəkar keyfiyyətlərini artıracaq, - cümə günü Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov bildirib.

"Lisenziyalaşdırmanın əsas məsələlərindən biri sığortanın düzgün izahı məqsədi ilə qanunverici baza agentlərinin biliklərinin dərinləşdirilməsi və sığortaçılar arasında onun təşviqatı məsələsidir", - Xəlilov bildirib.

Onun sözlərinə əsasən, peşəkar agent olmaq üçün təkcə lisenziyalaşdırılma kifayət etmir, qanunverici baza bilikləri əsasında problemlər meydana çıxır. Məhz buna görə də, agent və vasitəçilər öz biliklərini iş prosesi zamanı məhsulların satışı kimi xüsusi məqamları tədqiq edərək daima təkmilləşdirməlidirlər.

Xəlilovun sözlərinə əsasən, qiymətləndirmə fəaliyyəti sahibkarlardan asılı olmayan bir növdür və lisenziyalaşdırmadan keçməzdən öncə agentlər Vergilər Nazirliyində sahibkar kimi qeydiyyatdan keçməlidirlər. Sahibkarlar həm fiziki, həm də hüquqi şəxslər ola bilərlər. Hüquqi şəxs qismində sığorta şirkətləri ilə yanaşı, banklar, turizm şirkətləri, avto salonlar və sığortanın mövcud olduğu digər obyektlər çıxış edə bilər.

2008-ci ildə qəbul olunmuş "Sığorta fəaliyyəti"qanunu əsasında keçirilən imtahanlarda bu günə kimi 255 iddiaçı çıxış edib ki, bunların 93-ü imtahandan uğurla keçib.

Bu qanuna müvafiq olaraq, Azərbaycanda sığorta şirkətlərində vəzifəli şəxslərin attestasiyası keçirilir. Xəlilov bildirib ki, ödəniş qismində xeyli miqdarda vəsait qoyuluşundan, həmçinin sığorta hallarında sığortaçılardan gözlənilən xidmət sahələrindən ibarət olan sığorta fəaliyyəti ictimai əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, sığorta maliyyə menecmenti baxımından çətin mövzudur və bunun üçün kifayət qədər biliyə yiyələnmək lazımdır.

"Vəzifəli şəxslərə qarşı tələb bu qanunun hazırlanmasında Maliyyə Nazirliyi tərəfindən saxlanılan Beynəlxalq Sığorta Nəzarəti Assosiasiyasının prinsiplərindən biridir", - deyə Xəlilov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti