...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2009 13:55 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0005 bənd ucuzlaşıb (0,05 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80472 manat səviyyəsində müəyyən olunub. 

Manata münasibətdə dolların maksimum məzənnəsi martın 9 - da 1 ABŞ dolları üçün 0,8050 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

2 mart

0,8054

9 mart

0,8050

3 mart

0,8051

10 mart

0,8048

4 mart

0,8053

11 mart

0,8048

5 mart

0,8050

12 mart

0,8045

6 mart                                                     

0,8050 

13 mart                                                        

0,8045 

Həftə ərzində orta  

0,80516

Həftə ərzində

orta

0,80472

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış - verişi nəticəsində birja məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,80476 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST - də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 9 - da bayram münasibəti ilə iş olmadığından sövdələşmə qeydə alınmayıb, martın 10-da 0,8050 AZN/USD məzənnəsi ilə $14,99 mln., martın 11 - də  0,8048 AZN/USD məzənnəsi ilə $38,87 mln., martın 12-də 0,8045 AZN/USD məzənnəsi ilə $42,53 mln., martın 13-də 0,8045 AZN/USD məzənnəsi ilə $134,35 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

2 mart

0,8052

9 mart

0,8050

3 mart

0,8051

10 mart

0,8050

4 mart

0,8053

11 mart

0,8048

5 mart

0,8050

12 mart

0,8045

6 mart                                                       

0,8050

13 mart                                                        

0,8045

Həftə ərzində orta  

0,80512

Həftə ərzində orta

0,80476

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti sabit qalıb və 16 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1- dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti