...

Azərbaycan bankı Unibank-ın filialları bayram günlərində də öz müştərilərinə xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2009 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend /

Unibank-ın filialları öz müştərilərinə bayram günlərində - mart ayının 25, 26 və 27-də də xidmət göstərəcək.

Bu günlərdə bankın filialları xüsusi qrafiklə - saat 10:00-dan 14:30-dək işləyəcək və müştərilərə Unibank-ın bank xidmətlərinin tam spektrini təqdim ediləcək.

Bankın müştəriləri əmanət yatırımı həyata keçirə, kreditləri ödəyə, pul köçürmələrinin xidmətindən istifadə edə, plastik kartların əldə edilməsi üçün sifariş verə, kart hesablarına vəsait daxil edə, mobil rabitə operatorları xidmətlərini və kommunal xidmətləri ödəyə və s. həyata keçirə biləcəklər.

Bayram günlərində bankın 5 Bakı filialı və 1 şöbəsi - "Mərkəzi": Rəşid Behbudov küçəsi, 57; "Yasamal": Bəsti Bağırova küçəsi, 2; "Neftçilər": Qara Qarayev prospekti, 66 (c); 10 saylı Filial: M.Hadi küçəsi, 33; 15 saylı Filial: D.Əliyeva küçəsi, 243; "Gənclik" şöbəsi: F.Xoyski küçəsi, 79, Habelə Unibank-ın bütün regional filialları - "Gəncə" filialı: Gəncə şəhəri, Atatürk prospekti, 249;
"Şəki" filialı: Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 180; "Şəmkir" filialı: Şəmkir şəhəri, 20 Yanvar küçəsi; "Sumqayıt" filialı: Sumqayıt şəhəri, Sülh küçəsi, 11/1, 30-cu kvartal; "Quba" filialı: Quba şəhəri, H.Əliyev prospekti, 225; "Mingəçevir" filialı: Mingəçevir şəhəri, H.Əliyev prospekti, 47/2 işləyəcək.

Xəbər lenti

Xəbər lenti