Azərbaycan, Bakı, 17 mart / Trend /
"Azercell Telekom" MMC-nin martın 1-dən etibarən start verdiyi "SMS ŞANS" lotereya kampaniyasının ikinci tirajı keçirilib. Tiraj nəticəsində 300 Azercell abonenti 30 manat, 30 nəfər 300 manat, bir abonent - 050 3795331 saylı nömrənin istifadəçisi isə 3000 manatın sahibi olub.
Azercell-in Novruz bayramı ərəfəsində abonentlərinə hədiyyə etdiyi "SMS ŞANS" lotereya kampaniyasının iştirakçısı olmaq üçün sadəcə dost-tanışlarınıza, yaxınlarınıza mesaj göndərməyiniz kifayətdir. Mesajların sayı çox olduqca, lotereyanın qalibi olmaq şansı da yüksəlir.
Bu il mayın 22-dək davam edəcək "SMS ŞANS" kampaniyası boyunca 10 tiraj keçiriləcək. Kampaniya çərçivəsində hər həftə təsadüfi seçim prinsipi əsasında bir abonent 3.000 (üç min) manat, 30 abonent 300 (üç yüz) manat, 300 abonent isə 30 (otuz) manat qazanacaq. Bundan əlavə, kampaniya çərçivəsində keçiriləcək 4 tirajda xüsusi uduşlar da nəzərdə tutulub. Belə ki, bu uduşun qalibləri məşhur türk müğənniləri Sərdar Ortac, Ajda Pekkan, Hadisə və Fərhad Göçerin konsertinə 2 bilet əldə etmiş olacaq.
Lotereyada tirajlar xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Mayın 22-dək davam edəcək "SMS ŞANS" kampaniyasının qaliblərı sırasında olmaq istəyən Azercell abonentləri həftə ərzində daha çox SMS göndərməklə, daha çox şans qazanacaqlar.