...

Moldova Azərbaycanın ƏDV-də depozit hesabın tətbiqi təcrübəsinin öyrənilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir N.İsmaylova /

Vergilər Nazirliyinin məlumatında deyilir ki, Moldovanın maliyə naziri Marianna Durleştyanunun Bakıya səfəri çərçivəsində Azərbaycan Vergilər Nazirliyi ilə Moldova Maliyyə Nazirliyi arasında təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb. Azərbaycanın vergilər naziri Fazil Məmmədovla görüş zamanı Durleştyanu deyib ki, Azərbaycan vergi sistemində informasiya texnologiyalarının tətbiqi sahəsində uğurlar əldə edib. O qeyd edib ki, Moldova Azərbaycanın sözügedən sferada və ƏDV-də depozit hesabın tətbiqi təcrübəsinin öyrənilməsində maraqlıdır. Məmmədov öz növbəsində vergi inzibatlaşmasının və informasiya texnologiyalarının bu sahədə uğurlu tətbiqi barədə qonağa məlumat verib. Bundan əlavə, Məmmədov Azərbaycanda keçirilən geniş vergi islahatları barədə də ətraflı danışıb.

Görüşdə Azərbaycanda keçirilən iqtisadi siyasətin və vergi siyasətinin aspektləri müzakirə olunub.

"Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Moldovada hər zaman izlənilir və bu islahatlar bizdə böyük maraq doğurur", - Durleştyanu deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti