...

"Moody's" agentliyi Gürcüstanın TBC və Bank of Georgia banklarının reytinqini aşağı salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir N.İsmayılova /

"Moody's" beynəlxalq reytinq agentliyi Gürcüstanın TBC və Bank of Georgia banklarının maliyyə dayanıqlılığı reytinqini D səviyyəsində təsdiqləyib, - agentliyin məlumatında deyilib.

Yerli valyutada Bank of Georgia-nın deposit reytinqi Ba1-Ba3 səviyyəsində azalıb. Əsas təmin edilməmiş kredit reytinqi Ba2-Ba3 səviyyəsində azalıb, reytinqlər haqqında proqnozlar mənfidir; xarici valyutada uzunmüddətli depozit reytinqi mənfi proqnozla B3 səviyyəsində təsdiqlənib. Bütün qısamüddətli reytinqlər Not-Prime səviyyəsində təsdiqlənib.

Agentlik yerli valyutada TBC Bank deposit reytinqini Ba1-Ba3 səviyyəsində aşağı salıb, reytinqlər haqqında proqnozlar mənfidir; xarici valyutada uzunmüddətli depozit reytinqi mənfi proqnozla B3 səviyyəsində təsdiqlənib. Bütün qısa müddətli reytinqlər Not-Prime səviyyəsində təsdiqlənib.

Gürcüstan banklarından Azərbaycanda TBC Bank iştirak edir, onun səhmlərinin 75 faizini qeyri-bank kredit təşkilatı "Shore Overseas Azerbaijan" əldə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti