...

Alma-Atada tədris sahəsində əlavə qrantların verilməsi məqsədi ilə iclas keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 19:21 (UTC +04:00)

Qazaxıstan, Astana, 17 mart / Trend , müxbir R.Məşədihəsənli /

Bu gün Alma-Atada tədris sahəsində əlavə qrantların və ölkənin ali məktəblərində təhsil alan tələbələrə uzunmüddətli güzəşt kreditlərinin verilməsi məsələsi ilə əlaqədar olaraq iclas keçirilib. Bu barədə çərşənbə axşamı Alma-Ata şəhərinin akimatında (icra hakimiyyəti) bildirilib.

Ölkə başçısı Nursultan Nazarbayevin göstərişi ilə "Samruk Kazına" fondu Alyans-bank-dan ödənişli təhsil alan tələbələr üçün 40 min kredit payı ayırmışdır.

Martın 1-dən etibarən bank müraciətləri qəbul etməyə başlayıb, bu günə kimi cəmi 300 müraciət olunub.

Sözügedən kreditlər tələbələrə təhsil haqqını ödəmək məqsədi ilə verilir.

İclas çərçivəsində ali məktəblərin rektorlarına kredit verilməsi proqramının genişləndirilməsi, faizlərin azaldılması, ixtisasların məhdudlaşdırımasının ləğvi üzrə təkliflər edilmişdir.

Ali məktəblərin rektorlarının təkliflərini dinləyən şəhər hakimi Əhmədcan Esimov və "Samruk Kazına" fondunun sədri Kayrat Kelimbetov bildiriblər ki, təkliflər cəmlənəcək və hökumətdə baxılmağa çıxarılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti